“Neftçi” “Xəzər Lənkəran”la bacarmadı

“Neftçi” “Xəzər Lənkəran”la bacarmadı
Azərbaycan Premyer Liqasının iki əzəli rəqibi olan Bakının "Neftçi" və Lənkəranın "Xəzər Lənkəran" futbol klubları Azərbaycan kubokunun 1/4 final mərhələsində üz-üzə gəliblər. Siasport.az saytı xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən oyunun 13-cü dəqiqəsində artıq Lənkəran təmsilçisi Uinston Parksın qolu ilə irəli çıxıb. Amma oyunun 31-ci dəqiqəsində "Neftçi"nin braziliyalı futbolçusu Flaviniyo penaltidən qol vuraraq hesabı bərabərləşdirib. Bununla belə oyunun 36-cı dəqiqəsində Skarlatake başla gözəl qol vuraraq hesabı yenidən Lənkəran təmsilçisinin xeyrinə dəyişib. Birinci hissənin son dəqiqələrində isə \"Xəzər Lənkəran\"ın daha bir forvardı Julius Vobay \"Neftçi\" azarkeşlərini şoka salıb. O qapıçı ilə təkbətək qalaraq topu \"ağ-qaraların\" boş qapısından keçirib. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissə başlayan kimi komandalar daha aşıq və sərt futbol oynamağa başlayıblar. Qarşılaşmanın 60-cı dəqiqəsində Andrei Mureşan hesabı \"Neftçi\" üçün biyabırçı həddə çatdırıb 4:1. Meydan sahibləri isə bu qola 3 dəqiqə sonra cavab veriblər. Slavko Georgiyevsi hesab arasındakı fərqi 4:2-yə çatdırıb. Qarşılaşmanın 70-ci dəqiqəsində isə Slavko Georgiyevsi yenidən gözəl qol vuraraq tablodakı rəqəmləri dəyişdirib 4:3. \"Neftçi\" futbolçuları qalan dəqiqələrdə irəli atılsalar da qarşılaşmada hesab dəyişməyib. Beləliklə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında \"Xəzər Lənkəran\" \"Neftçi\"ni Bakıda 4:3 hesabı ilə darmadağın edib. Bununla da bu klublar arasındakı indiyə qədər keşirilən qarşılaşmalarda ən iri hesablı və qollu nəticə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə