"Abşeron" "İnter"ə məğlub oldu, "Qəbələ" isə "Bakı" ilə heç-heçə etdi

"Abşeron" "İnter"ə məğlub oldu, "Qəbələ" isə "Bakı" ilə heç-heçə etdi

Bu gün NBC Bank Azərbaycan Kubokunun 1/4 final mərhələsinin daha 2 oyunu baş tutub. Siasport.az saytı xəbər verir ki, I divizionun lideri "Abşeron" son çempion "İnter"lə qarşılaşıb, "Qəbələ" isə "Bakı"nı qəbul edib. "Abşeron" "İnter"ə məğlub olub (0:1), "Qəbələ" isə "Bakı" (0:0) ilə heç-heçə edib.

Bu gün daha bir oyun isə saat 18:00-da baş tutacaq. Bu oyunda əzəli rəqiblər - "Neftçi" və "Xəzər Lənkəran" qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin bir oyunu dünən keçirilib və AZAL öz meydanında "Turan"ı 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Kuboku

1/4 final

İlk oyunlar

3 mart

"Abşeron" - "İnter" 0:1

Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev.

Bakı. "Şəfa" stadionu. Saat 14.00.

"Qəbələ" – "Bakı" 0:0

Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev.

Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası. Saat 14.00.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com