Kərim Benzema "Yuventus" yolçusudur?

Kərim Benzema "Yuventus" yolçusudur?

"Real"ın hücumçusu Kərim Benzema yeni mövsümdən İtaliya A Seriyasında oynaya bilər. "CalcioMercato"-nun verdiyi məlumata görə, "Yuventus" fransalı futbolçunun xidmətində maraqlıdır. Turin təmsilçisi Benzemanın əvəzinə "Real"ın transfer etmək istədiyi Alvaro Moratanı da qarşı tərəfə verməyə hazırdır. "Kral klubu"nun bu təklifi necə qarşılayacağı maraqla gözlənilir. Qeyd edək ki, ötən mövsüm 36 oyunda meydana çıxan Benzema 28 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə