"Zirə" yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün dünən səhər Türkiyəyə yola düşməli idi. Ancaq qardaş ölkədə baş verən məlum hadisələrə görə komanda səfərə çıxa bilməyib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.
Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. Komanda hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB