Biri var idi, biri yox idi. Bir "Qalatasaray" var idi. Hansı ki, Asiyadan Avropaya, Afrikanın balta dəyməyən meşələrindən tutmuş Amerikaya kimi dünyanın dörd bir yanında bu ad eşidiləndə hər kəsi böyük həyacan bürüyürdü. UEFA Çempionlar Liqasında çıxış edərkən hər kəsi ekranların qarşısına çəkən, UEFA kubokunu qazanaraq türk dünyasına ərmağan eləyən şanlı "Cim Bom"un indiki vəziyyəti bütün "Qalatasaray" sevərləri dərindən üzür. Çox acı bir həqiqətdir ki, Adnan Polat komandaya prezident təyin olunandan bəri klub Çempionlar Liqasına həsrətdir.
Avropada adı eşidilən kimi bütün komandaların önündə baş əydiyi
"sarı-qımızılar" Türkiyə Super Liqasında bərbad çıxışını davam etdirməklə
yanaşı, dünən ölkə kubokunda, yeni
tikilib istifadəyə verilən "Türk Telekom Arenada "Qaziantepspor"a hər iki
oyunun nəticəsinə görə məğlub olaraq turnirlə vidalaşdı.
Komandanı bu günə düşməsin də Adnan Polat başda olmaqla bütün idarə
heyətinin böyük səhvi var-əsas da komandanın hazırki idman direktoru Adnan
Sezginin. Futbolun "f" hərfindən belə anlamayan, futbolçu alıb-satmaqla
komandanın pullarını mənimsəyən bir şəxsin komandada yer alması təbii ki, bu
günlərin gələcəyindən xəbər verirdi. Əvvəllər "İstanbulspor" klubunun
prezidenti olarkən komandanı iflasa uğratması görəsən, Adnan Polatı düşünməyə
vadar etmirdi.
Əsas da baş məşqçi seçimində rəhbərliyin nə qədər haqsız olması özünü
açıq şəkildə göstərdi. Futbolçu kimi əfsanəyə çevrilmiş, "Karpatların
Maradonası" adı ilə tanınmış George Hacinin məşqçilik karyerasına baxdığımızda
heç bir nailiyyəti olmadığını görürürük. Haci doğma vətənində, Rumıniyada
çalışdırdığı bütün komandalardan tezliklə uzaqlaşdırılıb. Adnan Polat bütün
bunları görmürdü? Oyunun gedişini belə oxuya bilməyən, rəqibin bütün
hücumlarını azarkeş kimi seyr edən rumın "mütəxəssis" (demək olarsa) təəssüf
ki, hələ də çox şey öyrənməlidir.
P.S: "Qalatasaray"ı bu durumdan
yalnız imperator ləqəbli Fatih Tərim çıxarda bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB