İngiltərənin "Mançester Yunayted" futbol klubu özünə yeni qapıçı tapıb. Siasport.az saytı xəbər verir ki, ingilis nəhəngi Almaniyanın "Şalke" futbol klubunun və Almaniya milli komandasının qolkiperi Manuel Neueri transfer etmək niyyətinə düşüb. Belə ki, Van Der Sarın artıq futbolla vidalaşacağını bəyan etməsindən sonra açıq-aşkar qapıçı problemi ilə qarşı-qarşıya qalan "qırmızı şeytanlar", bu problemlərini alman qolkiperi transfer etməklə həll etmək istəyirlər. Almaniyanın "Bild" qəzetinə müsahibə verən "Şalke" futbol klubunun prezidenti Klemens Tonnies bildirib ki, bu barədə ingilis klubunun menecerləri rəsmi olaraq müraciət ediblər və o bu məsələni "Mançester Yunayted" futbol klubunun rəhbərliyi ilə müzakirə etməyə hazırdır. Xatırladaq ki, alman qolkiperin "Şalke" klubu ilə 2012-ci ilə qədər müqavviləsi varş Onun xidmətində "Bayern Münhen" futbol klubu da maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB