“Barselona” Messi ilə 1:0 güldü!

“Barselona” Messi ilə 1:0 güldü!

İspaniya La Liqasında məğlubedilməz komanda olaraq ad çıxaran və hazırda lider mövqedə olan "Barselona" klubu yenə qələbə qazanaraq 3 xalını əldə edib. Siasport.az saytı xəbər verir ki, dünən rəqib meydanında əzəli rəqiblərindən olan "Valensiya" ilə qarşılaşan katalon təmsilçisi qarşılaşmanın sonlarında Leonel Messinin vurduğu möhtəşəm qolla qələbə qazanıb. "Yarasalar" qarşılaşmada var gücləri ilə La Liqanın liderinə müqavimət göstərərək onun oyunun 76-cı dəqiqəsinə qədər öz arzusuna çatmasına imkan verməyiblər. Bu azmış kimi, meydan sahiləri qarşılaşmanın hər iki hissəsində bir neçə dəfə real qol vəziyyəti yaratmağa nail olublar ki, bunların hamısı da "Valensiya" futbolçularının səhlənkarlığı üzündən qola çevrilməyib. Bundan fərqli olaraq "vurmayana vurarlar" prinsipi işə düşməli olub. Qarşılaşmanın 76-cı dəqiqəsində argentinalı futbol ulduzu Leonel Messi gözəl qol vuraraq komandasının rəqib meydanından 1:0 hesablı qələbə və 3 xalla ayrılmasını təmin edib. Bu qələbə ilə "Barselona" öz xal ehtiyatını 71-ə çatdıraraq liderliyini möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə