Siyəzəndə şahmat yarışı keçirilib

Siyəzəndə şahmat yarışı keçirilib

Siyəzən rayon Mədəniyyət Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə oğlan və qız yeniyetmələr arasında şahmat yarışı keçirilib. SİA-nın verdiyi xəbərə görə, yarışda 40 nəfər yeniyetmə iştirak edib. Yarışdan öncə Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. İki gün davam edən şahmat yarışının qalibləri Siyəzən rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və rayon Mədəniyyət Mərkəzi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. Şahmat üzrə qızlardan Ağayeva Humay , oğlanlardan isə Mehdiyev Bəhlul I yerə çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə