Nazim Süleymanov qarşıya qoyulan çətin tapşırığın öhdəsinən gələ biləcək?

Nazim Süleymanov qarşıya qoyulan çətin tapşırığın öhdəsinən gələ biləcək?

Bir müddət əvvəl Nazim Süleymanovun \"Jemçujina\"dan təklif aldığını və Rusiya klubunda işləmək istədiyini xəbər vermişdik. Siasport.az saytı xəbər verir ki, AZAL-ın baş məşqçisi bu xəbəri təsdiqləməsə də, təkzib də etməmişdi. Məlumatı aldığımız özəl mənbə bildirmişdi ki, Süleymanov razılıq verməsə, Soçi təmsilçisi adı bir aralar Azərbaycan millisiylə hallanan Stanislav Çerçesovla anlaşacaq. Üstündən bir həftə keçməmiş Çerçesovun \"Jemçujina\"yla anlaşdığı məlum oldu. Buna səbəb həm də AZAL-ın Süleymanovu əldən buraxmaması olmuşdu. Deyəsən \"Təyyarəçilər\" Nazim bəyə əvvəlki qədər etimad göstərmir. Aldığımız məlumata görə, klub rəhbərliyi baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq şərti qoyub. Əks halda, Süleymanovla yollar ayrılacaq.

Bizdə olan məlumata görə, AZAL hələ \"Gəncə\"ylə doğma meydanda keçirilən qarşılaşmada xal itirəndə Süleymanov istefa vermək istəyib, lakin onun bu qərarını klubun prezidenti Vaqif Qasımov qəbul etməyib.

İndi Süleymanovun qarşıya qoyulan çətin tapşırığın öhdəsinən gəlib-gəlməyəcəyini gözləmək qalır. Kubok mübarizəsində və Premyer Liqada şans var; qalır vəsiqəni qazanmaq.

Məlumatı ötürən mənbə deyir ki, Süleymanov AZAL-dan gedəcəyi halda \"Jemçujina\"ya təşrif buyuracaq.//futbolpress.az


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com