Kapoeyra üzrə Bakı şəhər açıq çempionatı keçirilib

Kapoeyra üzrə Bakı şəhər açıq çempionatı keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində kapoeyra üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda ümumilikdə 86 nəfər idmançı iştirak edib. Onlardan 22 nəfər Gəncədən, 6 nəfər Göyçaydan, 4 nəfər İran İslam Respublikasından, 5 nəfər Sumqayıtdan, 47 nəfər isə Bakı şəhərindən olub.

Yarışda idmançılar 5 yaş qrupu üzrə çıxış ediblər. I yaş qrupu üzrə (6-10 yaş) Xəyyam Əsgərov I yerə, II yaş qrupu üzrə (10-12 yaş) Murad Qarayev I yerə, III yaş qrupu üzrə (13-15 yaş) I yerə Nurlan Cəlilov, IV yaş qrupu üzrə (16-18 yaş) I yerə Fərid Səlimov, V yaş qrupu üzrə (18 və daha yuxarı yaşlar) Orxan Heydərov I yerə layiq görülüb.

I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com