\"Neftçi\" rəhbərliyi futbolsevərləri \"böyük oyunda\" dostulğa səslədi

\"Neftçi\" rəhbərliyi futbolsevərləri \"böyük oyunda\" dostulğa səslədi
Bu mövsüm Bakıda baş tutan ilk \"Neftçi\"-\"Xəzər Lənkəran\" görüşü dostluq ab-havasında keçmişdi. Siasport.az saytı xəbər verir ki, buna səbəb həmin görüşdən öncə \"Neftçi\" PFK-nın prezidenti Sadıq Sadıqovun fan-klublarla görüşməsi, onların matçı əsl futbol bayramına çevirmələrini istəməsi səbəb olmuşdu. Məhz həmin tədbirin bəhrəsi olaraq, fevralın 13-də keçirilən \"Böyük oyun\" futbol bayramına çevrilmişdi. Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarına toplaşan hər iki komandanın azarkeşləri gərgin keçən matçın sonuna qədər komandalarına dəstək olmuşdular. Bu gün ölkə kuboku çərçivəsində yenidən \"Neftçi\"-\"Xəzər Lənkəran\" görüşü saat 18:00-dan etibarən mərkəzi stadionda start götürəcək. \"Neftçi\" klubunun rəhbərliyi futbolsevərləri oyuna səsləməklə yanaşı, onları bu matçı əsl futbol və dostluq atmosferində keçməsi üçün əllərindən gələni etmələrini istəyir. \"Neftçi\"-\"Xəzər Lənkəran\" görüşləri Azərbaycanda əsl böyük futbol rəqabətinin yaşandığı oyunlardır, yaşıl meydanda güclü olan qalib gəlsin.

Bütün xəbərlər Facebook səhifəmizdə