"Bakı" kubok oyununa hazırdır

"Bakı" kubok oyununa hazırdır
NBC Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk qarşılaşmasında "Qəbələ"nin qonağı olacaq "Bakı" Qəbələyə yola düşüb. Siasport.az saytı xəbər verir ki, zədəli və zədəsi tam sağalmayan futbolçular Stefan Borbikoni, Vaqif Cavadov, Ernad Skuliç, Aleksandar Soliç bu səfərdən kənarda qalıblar.

"Qafqaz Resort" otelində məskunlaşan "Bakı" oyunun keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb. Sözügedən oyunun start fiti saat 14:00-da veriləcək.

Xatırladaq ki, "Bakı" 1/8 mərhələsində "Muğan"ı (1:1, penaltilərlə 5:3), "Qəbələ" isə "Neftçi İSM"i (2:0) məğlub edərək mübarizədən kənarlaşdırıb.

Cavab oyunu 8 mart 2011-ci il tarixində Bakıda keiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня