“Azərreyl” “Salo”nu məğlub edərək yarımfinala çıxdı (Yenilənib)

“Azərreyl” “Salo”nu məğlub edərək yarımfinala çıxdı (Yenilənib)

"Azərreyl" voleybol klubu "Çelenc Cup" turnirinin 1/4 final mərhələsinin cavab oyununda Finlandiyanın "Salo" komandasını qəbul edib. Siasport.az saytı xəbər verir ki, oyun "Sərhədçi" Olimpiya Mərkəzində keçirilib. Matçı rumıniyalı Lucian Vlad və latviyalı Kaspars Timermanis idarə edib. Komandamız rəqibə heç bir şans verməyərək hər 3 setdə qalib gəlib.

Xatırladaq ki, komandamız ilk oyunda səfərdə rəqibini 3:2 hesabı ilə məğlub edib.

"Azərreyl" – "Salo" 3:0 (25:20, 25:20, 25:16)

"Sərhədçi" Olimpiya Mərkəzi

Bütün xəbərlər Facebook səhifəmizdə