5-6 mart 2011-ci il tarixdə İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə yunan-Roma güləşi yığmamızın bəzi üzvləri iştirak edəcəklər.
Yığmamızı məşqçi Vüqar Aslanovun rəhbərliyi altında Orxan Əhmədov, Rəşid Bünyatov (hər ikisi 55 kq), Kamran Məmmədov (60 kq), Azad Əliyev (66 kq), Murtuza Tağıyev (84 kq), Səbuhi Hümbətov və Araz Həsənov (hər ikisi 96 kq) təmsil edəcək.
Beynəlxalq dərəcəli hakim Sədi Quliyev görüşlərin idarə edilməsində iştirak edəcək.
Proqrama
əsasən, 55, 66 və 96 kq çəkidə güləşçilər martın 5-də, 60, 74, 84 və 120 kq
çəkidə güləşçilər isə martın 6-da mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB