\"Milli Fanatlar" fanklubunun rəhbəri Faiq Şadlı artıq "Neftçi"yə azarkeşlik edir. Siasport.az-ın əldə etdiyi məlumata görə, F.Şadlı rəsmi şəkildə"Forza Neftçi" fanklubuna keçib.
Məlumatlı mənbənin bildirdiyinə görə, F.Şadlı ömrünün sonunadək "Neftçi"yə azarkeşlik edəcəyini bildirib.
Məlumatı dəqiqləşdirmək üçun F.Şadlı ilə telefon əlaqəsi saxladıq və o, xəbərin düzgün olduğunu təsdiqlədi. Azarkeş "Neftçi"nin Azərbaycanın ən köklü klubu olduğunu, flaqmanın həm Azərbaycan çempionu, həm də kubokun sahibi olacağına inandığını dilə gətirib. O, bundan sonra "Neftçi"yə azarkeşlik edəcəyini, "Forza Nefçi"nin həmişə fəal üzvlərinin olduğunu , buna görə məhz həmin fanklubu seçdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB