“Fənərbaxça” Mehmet Topalı “Valensiya”dan İstanbula gətirir

“Fənərbaxça” Mehmet Topalı “Valensiya”dan İstanbula gətirir

İstanbulun "Fənərbaxça" futbol klubu İspaniyanın "Valensiya" futbol klubunda oynayan "Qalatasaray"ın keçmiş futbolçusu Mehmet Topalı transfer etmək fikrinə düşüb. Siasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi İspaniya klubuna bu transfer üçün münasib təklif irəli sürüb. Belə ki, "sarı lacivərtlilər", M.Topalın əvəzinə uzun zamandır ki, "Fənərbaxça"da ayağına top belə dəyməyən və İstanbul klubundakı mövcud vəziyyətindən şikayətçi olan Daniel Quizanı təklif edib. Həttda İstanbul təmsilçisi qarşı tərəfin etirazı olacağı təqdirdə belə "Valensiya"nı razı salmaq üçün istənilən məbləğdə pul da ödməyə hazırdır ki, canını D.Quizadan qurtara bilsin. 2012-ci ilin may ayına qədər İstanbul klubu ilə müqaviləsi olan D.Quizanı tezliklə "əritmək" istəyən rəhbərlik artıq sərfəli təkliflə "Valensiya"nın qapısını döyməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə