Azərbaycan pəhləvanları ölkə birinciliyi uğrunda yarışacaqlar

Azərbaycan pəhləvanları ölkə birinciliyi uğrunda yarışacaqlar

4-12 mart 2011-ci il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclərin Azərbaycan birinciliyi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, FİLA-nın qaydalarına əsasən keçirilən gənclərin yarışında 1991-1993-cü il, yeniyetmələrin yarışında isə 1994-1995-ci il təvəllüdlü güləşçilər iştirak edə bilər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Şəxsi yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər tam idman geyim dəsti ilə təmin olunaraq ölkə yığma komandasının heyətinə cəlb ediləcəklər.

Proqram:

04 mart 2011-ci il

50, 60, 74 və 96 kq – yunan-Roma güləşi üzrə gənclər

05 mart 2011-ci il

55, 66, 84 və 120 – Yunan-Roma güləşi üzrə gənclər

06 mart 2011-ci il

42, 50 və 58 kq – Sərbəst güləş üzrə yeniyetmələr

07 mart 2011-ci il

46, 54 və 63 kq - Sərbəst güləş üzrə yeniyetmələr

08 mart 2011-ci il

69, 76, 85 və 100 kq - Sərbəst güləş üzrə yeniyetmələr

09 mart 2011-ci il

42, 50, 58, 69 və 85 kq – Yunan-Roma güləşi üzrə yeniyetmələr

10 mart 2011-ci il

46, 54, 63, 76 və 100 kq – Yunan-Roma güləşi üzrə yeniyetmələr

11 mart 2011-ci il

50, 60, 74 və 96 kq – Sərbəst güləş üzrə gənclər

12 mart 2011-ci il

55, 66, 84 və 120 kq – Sərbəst güləş üzrə gənclər

İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə 18.00-da başlayacaq. Yarışın təntənəli açılış mərasimi martın 4-də saat 17.00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə