“Dünyada 294 milyon “Real Madrid” azarkeşi var”

“Dünyada 294 milyon “Real Madrid” azarkeşi var”

Dünyanın ən çox pul qazanan klubu olaraq ad çıxarmış İspaniyanın "Real Madrid" futbol klubu indi də turizm və biznes işlərinə girişib. Siasport.az saytı xəbər verir ki, kral klubu Madrid şəhərinin və bölgələrin tanıdılması üçün hazırlanan reklam kampaniyasında iştirak edərərək xəzinəsini 3,3 milyon avro ilə bi az da olsun zənginləşdirəcək. Madrid şəhər bələdiyyəsi və İspaniyanın turizm və ticarət nazirliyinin birgə layihəsində iştirak edən kral klubu, kampaniyanın təqdimetmə mərasimi də keçirib. "Santyaqo Bernabeu" stadionunda keçirilən mərasimdə "Real"ın uldiz futbolçuları olan Məsut Özil, Kaka, Benzema, Di Maria iştirak ediblər. Madrid Bələdiyyəsinin sədri Alberto Ruiz Gallardon bildirib ki, "Real Madrid" hazırda dünyada ən çox tərəfdarı olan komandadır: "Heç bir zaman unudulmamalıdır ki, hazırda bütün dünyada "Real" əfsanə futbol klubu kimi tanınır. Təkcə bunu xatırlatmaq lazımdır ki, indi bütün dünyada toplam 294 milyon "Real Madrid" azarkeşi var"-deyərək Bələdiyyə sədri fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə