"Qəbələ" Macarıstandan qələbə ilə dönür

"Qəbələ" Macarıstandan qələbə ilə dönür

Dünən futbol üzrə UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Bu mərhələdə digər bir Azərbaycan təmsilçisi "Qəbələ" bu mövsüm turnirdə üçüncü matçına çıxıb. Roman Qriqorçukun komandası Macarıstanda MTK klubunun qonağı olub. İlkin mərhələdə Gürcüstanın "Samtredia" klubunu mübarizədən kənarlaşdıran "qırmızı-qaralar" bu səddi də keçməyə iddialıdır. Bunun üçün "Qəbələ" səfərdən sərfəli nəticə ilə ayrılmalı idi ki, bunu da bacarıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn "Qəbələ" cavab görüşü öncəsi yaxşı üstünlük əldə edib. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.

14 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu

22:30. MTK (Budapeşt, Macarıstan) - "Qəbələ" (Azərbaycan) - 1:2
Qollar: Nika Kvekveskiri, 25 (0:1), Filip Ozobiç, 63 (0:2), Şandor Togelle, 70 (1:2)
Baş hakim: Boyan Pandjiç
Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom
Dördüncü referi: Mohammed Al-Hakimi (hamısı İsveç)
Dyör şəhəri. "Dyirmoti" stadionu.

Qeyd edək ki, MTK klubu 15-ci dəqiqədə penaltidən yararlana bilməyib. Macarıstan təmsilçisinin futbolçusu Kantanın zərbəsini "Qəbələ"nin qolkiperi Dimitri Bezotosnı dəf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə