Vəli Qasımov: “Ola bilsin qrupda çıxış edək"

Vəli Qasımov: “Ola bilsin qrupda çıxış edək"
Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" komandası ilə keçirilən oyundan sonra "ağ-qaralar"ın baş məşqçisi Vəli Qasımov maraqlı və təəcüblü açıqlamalarla çıxış edib. Makedoniya klubu ilə bacarmayan yerli komandanın baş məşqçisi, qruplara qatılmaq barədə belə danışmağa macal tapıb: "Mərhələni keçmək çətin olacaq. Bu rəqibi keçsək, ola bilsin qrupda çıxış edək".

Bu sözləri "Neftçi" klubunun baş məşqçisi, oyundan sonra mətbuat konfransında deyib. Baş məşqçi qolsuz başa çatan matç haqda bunları bildirib: "Demək olar ki, "Neftçi" ehtiyat oyunçular skamyasında oyunçu azlığından əziyyət çəkdi. Komanda həm fərdi, həm də komanda şəklində oynayır. Bir neçə qol imkanlarımız oldu. Amma yararlana bilmədik. Bu da bəzi məqamlarda futbolçuların ustalıq səviyyələrinin çatmaması ilə əlaqədardır. Təcrübəli futbolçular lazımı anda top saxlayıb, qapıya zərbə vurmağa imkan axtarırdılar. İstəyirdik müdafiədə yaxşı çıxış edək, buna da nail olduq və top buraxmadıq. Bu gün Azərbaycan futbolunda çoxları müdafiədə oynamağı xoşlamırlar. Bizim oyunda da geri qayıtmağa çətinlik çəkirdilər. Bəzi məqamlarda futbolçulara tələsməməyi deyirdim. Ancaq bu vaxt aparmaq üçün atılan addım deyildi". Qeyd edək ki, "Neftçi" - "Şkendiya" oyunu 0:0 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə