Turinin "Yuventus" klubu Münxenin "Bavariya" komandasının futbolçusu Medhi Benatianı transfer edib. Almaniyanın "Sport1" idman portalı xəbər verir ki, 29 yaşlı müdafiəçi tibbi müayinədən sonra müqaviləyə imza atacaq.
"Qoca Sinyora" mərakeşli oyunçunu sonradan 18 milyon avroya ala bilməsi şərti ilə icarəyə götürüb. Benatianın əmək haqqı ildə 3 milyon avro təşkil edəcək.
Qeyd edək ki, M.Benatia "Bavariya"ya 2014-cü ildə İtaliya "Roma"sından keçib. O, ötən mövsüm Bundesliqada 14 oyunda forma geyinib. Benatia zədə üzündən mövsümün qalan müddətində heyətdə yer almayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB