Böyük oyunu Anar Salmanov idarə edəcək

Böyük oyunu Anar Salmanov idarə edəcək

NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarına təyinat almış hakimlərin adları açıqlanıb. Siasport.az saytı xəbər verir ki, mərhələnin ən maraqla gözlənilən oyunu - \"Neftçi\" - \"Xəzər Lənkəran\" matçı Anar Salmanova tapşırılıb.

\"Neftçi\" - \"Xəzər Lənkəran\"

Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Murad Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 18:00

Bütün xəbərlər Facebook səhifəmizdə