“Lokomotiv” yarımfinala yüksəlib

“Lokomotiv” yarımfinala yüksəlib
Bakının "Lokomotiv" voleybol klubu bu gün "Çelenc Cup" turnirinin 1/4 final mərhələsində cavab oyununu keçirib. Draqutin Baltiçin yetirmələri Almaniyada "Şviriner" komandasının qonağı olublar.


İlk qarşılaşmada rəqibinə 3:0 hesabı ilə qalib gələn "dəmiryolçular" bu dəfə də qələbə qazanıblar. Siasport.az saytı xəbər verir ki, oyun voleybolçularımız üçün yaxşı başlamayıb. Belə ki, "Lokomotiv" ilk texniki fasiləyə 8:6 hesabı ilə öndə yollansa da, bu üstünlüyü davam etdirə bilməyib. Fasilə isə "Şveriner"in özünə gəlməsi ilə nəticələnib. Bundan sonra təşəbbüsə yiyələnən almanlar yekunda seti aktivlərinə yazmağı bacarıblar - 25:17.


İkinci hissə daha gərgin keçib. Məğlubiyyətlə barışmaq istəməyən "Lokomotiv" setboyu hesabda geridə olsa da, görüşdə bərabərlik yaradıb - 1:1.


Artıq öz oyununu tapan Draqutin Baltiçin yetirmələri növbəti hissələrdə "Şviriner"dən güclü olduğunu sübut ediblər. Voleybolçularımız III setdə 2-ci dəfə hesabda geri düşsələr də, komandamızın serbiyalı çalışdırıcısının oyunda etdiyi taktiki gediş öz bəhrəsini verib.


Ardıcıl 2 hissədə qələbə qazanan "Lokomotiv" evdə olduğu kimi səfərdə də almanları məğlub edərək, duelin taleyinin "Qızıl set"də həll olunmasına imkan verməyib. Beləliklə, hər 2 matçda rəqibinə qalib gələn Bakı klubu "Çelenc Cup" turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.


Qeyd edək ki, Super Liqanın gümüş mükafatçısının rəqibi sabah müəyyənləşəcək.



"Şviriner" - "Lokomotiv" - 2:3 (25:17, 23:25, 25:16, 23:25, 14:16)


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com