\"Turan\" üçün Bakıda da baza inşa erdiriləcək

\"Turan\" üçün Bakıda da baza inşa erdiriləcək
Tovuz stadionunda təmir işləri aparan və 4 yeni meydança inşa etdirən \"Turan\" rəhbərliyinin yeni planları məlum olub. Siasport.az saytı xəbər verir ki, klubun prezidenti, iş adamı Musa Süleymanov komandası üçün Tovuzla yanaşı, Bakıda da şərait yaratmaq istəyir.

Klubun idman direktoru Nail Nurəddinoğlunun verdiyi məlumata görə, \"Turan\" üçün Bakıda baza tikiləcək. Baza Binəqədi rayonundakı \"Sərdarov zavodu\"nun ərazisində inşa olunacaq.

Bazada 55 nəfərlik heyətin hazırlıq keçməsi və qalması üçün bütün şərait olacaq. Kompleksin ərazisində iki - biri böyük, biri kiçik meydança tikiləcək. \"Turan\" səfər oyunları zamanı məhz bu bazada hazırlıq keçəcək. Bazanın tikintisinə Tovuzdakı işlər yekunlaşandan sonra başlanılacaq.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com