“Milan” “Napoli”ni çökdürdü

“Milan” “Napoli”ni çökdürdü

İtaliya A Seriyasında liderlik edən "Milan" futol klubu növbəti qələbəsini qazanıb. Siasport.az saytı xəbər verir ki, öz meydanında "Napoli" futbol klubunu qəbul edən Silvio Berluskonin komandası birinci hissədə qol vura bilməsə də, ikinci hissədə rəqubə öz hücünü göstərə bilib. Qarşılaşmanın 49-cu dəqiqəsində "Milan"ın isveçrəli ulduz futbolçusu Zlatan Ibrahimoviç penaltini dəqiq yerinə yetirərək "Milan"ı 1:0 hesabı ilə önə çıxarıb. Qonaqlar buna qolla cavab verməyə çalışsalar da, bunun əksinə olaraq qarşılaşmanın 77-ci dəqiqəsində Kevin Princ Boateng və 79-cu dəqiqədə braziliyalı ulduz futbolçu Pato bir-birindən gözəl qollara imza ataraq "Milan"ın 3:0 hesablı qələbəsini rəsmiləşdiriblər. Bu qələbə ilə "Milan" xallarının sayını 58-ə çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə