Aftandil Hacıyev: "Zədələnməyim heç yerinə düşmədi"

Aftandil Hacıyev: "Zədələnməyim heç yerinə düşmədi"
2010-cu ilin son dönəmində əla forma yığan, "Simurq"la oyunda həlledici qola imza atan Aftandil Hacıyevin zədələnməsini xəbər vermişdik. Siasport.az saytı xəbər verir ki, 29 yaşlı müdafiəçi qış hazırlığının sonuna yaxın dizindən zədələnmişdi. Artıq Aftandil Türkiyədə uğurla əməliyyat olunub. Türkiyənin azəriəsilli ünlü həkimi Mehmet Binnət tərəfindən keçirilən əməliyyat uğurlu alınıb. Aftandil tezliklə məşqlərə başlayacaq. Hacıyev klubun rəsmi saytına açıqlamasında bu barədə danışıb: "Zədələnməyim heç yerinə düşmədi. Amma futbolçu həyatında zədələr qaçınılmazdı. Allah şükür ki, əməliyyat uğurlu alındı. 3 gün sonra artıq yüngül qaçışa başlayacam. 10 gündən sonra isə artıq komandayla məşqlərdə iştirak edəcəm. İnşallah, tezliklə tam sağalıb komandaya faydalı olmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə