Luis Adrianonun meneceri İstanbula gəlib

Luis Adrianonun meneceri İstanbula gəlib

Braziliyalı futbolçu Luis Adrianonun meneceri "Qalatasaray" rəhbərliyi ilə görüşmək üçün İstanbula gəlib. SİA xəbər verir ki, bu barədə "A spor" kanalı məlumat yayıb. Xəbərdə deyilir ki, keçən mövsüm "Şaxtyor"dan "Milan"a 8 milyon avroya transfer olunan, lakin italiya A Seriyasında gözlənilən futbolu sərgiləyə bilməyən braziliyalı futbolçunu İstanbul klubu transfer etmək niyyətindədir. "Milan"da ötən mövsüm çıxdığı 29 qarşılaşmada 6 qol vuran və 3 məhsuldar ötürmə ilə yadda qalan braziliyalının "Qalatasaray"a keçidi real görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə