Quti “Beşiktaş”a qələbə gətirdi 2:0

Quti “Beşiktaş”a qələbə gətirdi 2:0

Avropa Liqası ilə acınacaqlı şəkildə vidalaşan İstanbulun "Beşiktaş" futbol klubu dünən rəqib meydanında "Antalyaspor" futbol klubunu 2:0 hesabı ilə məğlub edərək tərəfdarlarını bir az da olsun sevindirib. Siasport.az saytı xəbər verir ki, Antalyada yerli komandanın qonaqı olan "qara qartal", qarşılaşmanın birinci hissəsində qol vura biməsə də, oyunun ikinci hissəsində öz istəyinə çatıb. Onsuz da tənqid hədəfində olan futbolçular var gücləri ilə çalışırdılar ki, bu oyunda qələbə qazanıb özlərini doğrultsunlar. Artıq 56-cı dəqiqədə Əkrəm Dağ, komanda yoldaşından aldığı ötürməni qola çevirərək hesabı açıb. Meydan sahibləri cavab qolu vurmağa çalışsalar da buna nail ola bilməyiblər. Əvəzində "Beşiktaş"ın kapitanı olan Quti Fernantez 79-cu dəqiqədə möhtəşəm qol vuraraq hesabı 2:0 komandasının xeyrinə dəyişib. Rəqib meydanından 2:0 hesablı qələbə ilə ayrılan İstanbul təmsilçisi, xal ehtiyatını 35-ə çatdıraraq turnir cədvəlində 6-cı sırada yerini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə