Yurgen Klopp Mario Balotellini “Liverpul”dan qovur

Yurgen Klopp Mario Balotellini “Liverpul”dan qovur
Daha çox ədəbaz və intizamsız hərəkətləri ilə gündəmdə olan "Liverpul"un italyan futbolçusu Mario Balotelli, özünə yeni klub tapmalı olacaq. SİA "dumanlı albiom" mətbuatına istinadən xəbər verir ki, artıq İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp, "ərköyün" italyanlının "biletini kəsib". O, italiyalı oyunçunun özünə yeni klub tapmasını bildirib. "Mario hazırda hücum xəttindəki oyunçularla rəqabət apara biləcək səviyyədə deyil. Onun üçün ən yaxşısı futbolçu karyerasını başqa klubda davam etdirməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə