"Xəzər Lənkəran" "İinter"in hesabı əsasında ödəmə etməlidir

"Xəzər Lənkəran" "İinter"in hesabı əsasında ödəmə etməlidir
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:


Azərbaycan Premyer Liqasının XXII turunun AZAL – "Bakı" matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).


Azərbaycan Premyer Liqasının XXII turunun "Qəbələ" – "Gəncə" matçının 41-ci dəqiqəsində "Gəncə" klubunun 7 №-li futbolçusu Ramal Hüseynov hakim qərarı ilə razılaşmadığına görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 48).


Azərbaycan Premyer Liqasının XXII turunun "İnter" – "Xəzər Lənkəran" matçının 61-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52). Oyun zamanı "Xəzər Lənkəran" azarkeşləri yerləşdikləri sektorda oturacaqları (15 oturacaq) sındırdığı üçün "Xəzər Lənkəran" klubu dəymiş zərərə uyğun olaraq "İnter" klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin. Matçın 81-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun məşqçisi Mihai Teja texniki zona qaydalarını pozduğu üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 64).


Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun "Qarabağ" – "Turan" matçının 90+2-ci dəqiqəsində "Qarabağ" klubunun 22 №-li futbolçusu İsrafil Qarayev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Lakin matç başa çatdıqdan sonra futbolçu meydançaya daxil olaraq hakimə fiziki təsir göstərmişdir. Bu səbəbdən də futbolçu 10 oyunluq cəzalanır, klub 5000 (beş min) manat cərimə olunur (maddə 38.6).

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun AZAL – "Bakı" matçının 44-cü dəqiqəsində "Bakı" klubunun 17 №-li futbolçusu Rəhman Hacıyev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 42.1).

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun "Neftçi" – MOİK matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40).


Azərbaycan I Divizionunun XVI turunun "Göyəzən" – "MKT Araz" matçında "MKT Araz" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun XVI turunun "Şuşa" – "Neftçi" İSM matçında "Şuşa" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40). Oyunun 90+3 dəqiqəsində "Neftçi" İSM klubunun 9 №-li futbolçusu Aslan Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olunur (maddə 37.1).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com