Cüdoçular İsmayıllı rayonuna yola düşüblər

Cüdoçular İsmayıllı rayonuna yola düşüblər

Yeniyetmə cüdoçulardan (oğlan və qızlar) ibarət Azərbaycan yığma komandası məşqçilər-Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında İsmayıllı rayonuna yola düşüb. Siasport.az saytı xəbər verir ki, iki həftə davam edəcək təlim-məşq toplanışı qarşıdakı yarışlara hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, təlim-məşq toplanışı İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə