“Arsenal”ın kubok arzusu yenə gözündə qaldı

“Arsenal”ın kubok arzusu yenə gözündə qaldı

İngiltərənin "Arsenal" klubu "Carling Cup" final qarşılaşmasında "Birmingem Siti" klubu ilə qarşılaşmada 2:1 hesabı ilə məğlub olaraq 18 illik kubok həsrətinə yenə son qoya bilməyib. Siasport.az saytı xəbər verir ki, 1993-cü ildən bəri kubok istəyi gözündə qalan "topçular" bu dəfə də kuboku başları üzərinə qaldıra bilməyiblər. Komandanın baş məşqçisi Arsen Venger isə rəqib komandanın daha yaxşı təsir bağışladığını diqqətə çatdıraraq bildirib ki, komandası gələn mövsüm bu kuboku qazanmaq üçün lazımı işləri görəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə