"Mahir nişançı" turniri başa çatıb

"Mahir nişançı" turniri başa çatıb
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi tədbirlər planına müvafiq olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Atıcılıq tirində Xocalı soyqırımının XIX ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil məktəblilərinin yuxarı sinif şagirdləri arasında "Mahir nişançı" adlı güllə atıcılığı yarışı başa çatıb.

Yarışda Bakı şəhəri üzrə 11 inzibati rayonun hər birindən 1 komanda iştirak ediib. Hər bir komanda da 5 nəfər (3 oğlan, 2 qız) olmaqla, ümumilikdə 55 nəfər məktəbli (onlaran 22 nəfəri qızlardır) mübarizəyə qatılıb. Yarışın nəticələrinə görə I yerə Binəqədi rayonu 126 saylı orta məktəb, II yerə Xəzər rayonu 156 saylı orta məktəb, III yerə isə Nizami rayonu 220 saylı orta məktəbin komandası layiq görülüb.

Turnirdə I, II və III yerləri tutmuş komandaların bütün üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com