İtaliya milli komandasının və "Yuventus" klubunun forvardı Alessandro Del Piyerro klubu ilə olan sözləşməsini uzatmaq istədiyini və həttda komandaya olan sədaqatini nümayiş etdirmək üçün boş müqaviləyə belə imza atmağa hazır olduğunu açıqlayıb. Siasport.az saytı xəbər verir ki, 36 yaşlı məşhur italiyalı futbolçu özünün rəsmi internet səhifəsində bir sıra fikirlərlə çıxış edib: "Mənim üçün "Yuventus" hər şey deməkdir. Mən həyatımın ən gözəl anlarımı bu klubda keçirmişəm. Bu klubun tərəfdarına və rənglərinə sonsuz sevgim var. "Yuventus"da oynamaq üçün hər şeydən keçməyə hazıram. Pulun mənim üçün heç bir önəmi yoxdur. Əsas mənim komandamdır. Kariyeramı da "Yuventus"da bitirəcəm",-deyə məşhur futbolçu fikrini tamamlayıb.
Xatırladaq ki, A.D.Piyerro "Yuventus"un heyətində 667 qarşılaşmada meydana çıxıb və 280 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB