Leonel Messi: “Dieqo Maradona təkrarı olmayacaq bir əfsanədir”

Leonel Messi: “Dieqo Maradona təkrarı olmayacaq bir əfsanədir”

İspaniyanın "Barselona" klubunun 23 yaşındakı ulduz futbolçusu Leonel Messi İspaniya mətbuatına verdiyi müsahibədə bildirib ki, Argentina uzun zamandır ki, Dieqo Maradona yetişdirə bilməyir. Siasport.az saytı xəbər verir ki, ulduz futboçu qeyd edib ki, nə qədər ulduz oyunçu yetişsə də, heç kim heç vaxt D.Maradona ola bilməyəcək: "Onun kimi olmaq qeyri-mümkündür. Ola bilər ki, ondan daha parlaq bir futbolçu meydana çıxısın. Amma onun Maradona olması qeyri mümkündür. Bu vaxta qədər ancaq bir dənə Maradona oldu və onun kimisi birinin olması da bundan sonra çətin ki, reallaşsın. O təkrarı olmayacaq bir əfsanədir",-deyə L.Messi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə