“Qalatasaray” Portuqaliya millisini Avropa çempionu edən futolçunu İstanbula gətirir?

“Qalatasaray” Portuqaliya millisini Avropa çempionu edən futolçunu İstanbula gətirir?

İstanbulun "Qalatasaray" futbol klubu, UEFA-nın qoyduğu maliyyə sanskiyasına baxmayaraq, Avropanın ulduz futbolçularından birini heyətinə qatmağa hazırlaşır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim bom", futbol üzrə Portuqaliya millisini qitə çempionu edən qolun sahibi Ederi İstanbula gətirmək niyyətindədir. Hazırda "Lille" klubunda oynayan Ederi "Qalatasaray" öz sıralarına qatmağı planlaşdırır. "Sarı-qırmızılılar" Fransada ildə 1.2 miylon avro (4 milyon lirə) qazanan ulduz oyunçuya görə 2.5 milyon avro ( 8 milyon lirə) ödəməyə hazır olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə