Araz Abdullayev vətənə qayıdıb

Araz Abdullayev vətənə qayıdıb
Fevralın 14-də İngiltərənin "Everton" klubunun düşərgəsinə yollanan "Neftçi"nin yetirməsi Araz Abdullayev artıq vətənə qayıdıb. Siasport.az saytı xəbər verir ki, İngiltərə klubunun məşqlərinə qatılan gənc futbolçu, iki həftəyə yaxın müddət idi ki, İngiltərə təmsilçisinin məşqlərində iştirak edirdi. Artıq Araz Abdullayev flaqmanın məşqlərinə qatılır. "Neftçi"nin düşərgəsinə qayıdan gənc yarımmüdafiəçi "Xəzər Lənkəran"la ¼ final mərhələsində baş tutacaq kubok matçının hazırlıqlarında iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə