Joze Maurinyo: “Mən təhqirlərdən bezmişəm”

Joze Maurinyo: “Mən təhqirlərdən bezmişəm”

İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi olan məşhur portuqaliyalı futbol mütəxəssisi Joze Maurinyo azarkeş təhqirlərindən bezib. Siasport.az saytı xəbər verir ki, "Real"ın baş məşqçisi "Deportivo" ilə son səfər qarşılaşması zamanı meydan sahibi olan komandanın azarkeşləri tərəfindən təhqirlərə məruz qalmasını irqçiliklə əlaqələndirib. O bildirib ki, bu cür təhqir və söyüşlər futbolun adına ləkə gətirir və bu vəziyyətin aradan qaldırılması üçün o İspaniya Futbol federasiyasına müraciət edəcək: "Bunlar xoş bir şey deyil. Bu cür hallar futbolu sevilməyən idman növünə çevirə bilər. Futbol seyr edilmək uçun olan gözəl oyundur, daha təhqir və söyüş vasitəsi deyil. Amma ən qorxulusu odur ki, tərəfdarların bu cür hərəkətləri artıq irqçilik xarakteri daşıyır. Bu yolverilməzdir. Şəxsən mən bu cür təhqirlərdən bezmişəm. Bu barədə İspaniya Futbol Federasiyasına müraciət edəcəm ki, qəti tədbirlər görülsün."

Bütün xəbərlər Facebook səhifəmizdə