“Çelsi” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

“Çelsi” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
Londonun "Çelsi" futbol klubu, braziliyalı futbolçusu Villianla yeni müqavilə imzalayıb. "Zadəganlar"ın rəsmi saytının yaydığı xəbərdə deyilir ki, braziliyalı oyunçu ilə yeni anlaşma 2020-ci ilə kimi nəzərdə tutulub. Qeyd edək ki, "zadəganlar" 27 yaşlı futbolçunu 2013-cü ildə "Anji"dən transfer etmişdi. Bu müddətdə londonlularla 140 oyunda meydana çıxan Villian 19 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə