"Qarabağ" Çempionlar Liqasına zəfərlə başladı!

"Qarabağ" Çempionlar Liqasına zəfərlə başladı!

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. SİA xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxıb. Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.


12 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) - 2:0 Qollar: Riçard Almeyda, 10 (1:0), 28 (2:0)
Baş hakim: Orel Qrinfild
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

Bütün xəbərlər Facebook səhifəmizdə