Adrian Pit 61-ci olub
Azərbaycan Premyer Liqasının XXII turunun "İnter"lə oyunu Adrian Pit üçün əlamətdar olub. Siasport.az saytı xəbər verir ki, rəqib qapısına yol tapan rumıniyalı "Xəzər Lənkəran"ın heyətində qol hesabını açıb. Bu matçadək 60 oyunçu "Xəzər Lənkəran"ın formasında rəqib qapısına yol tapmışdı. Adrianın adı qolçular siyahsına 61-ci oyunçu kimi düşdü.

Onu da qeyd edək ki, komandanın daha 4 qoluna avtoqol müəllifi olan rəqiblər imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə