“Fənərbaxça” “Trabzonspor”u taxtdan saldı

“Fənərbaxça”  “Trabzonspor”u taxtdan saldı

Türkiyə Superliqasında bir sıra mühüm görüşlər keçirilib. Siasport.az saytı xəbər verir ki, artıq Superliqada "Trabzonspor"un liderliyinə son qoyulub. Çünki İstanbulun "Fənərbaxça" futbol klubu öz meydanında "Kasımpaşa"nı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 51-ə çatdırıb. "Sarı lacivərdlilər" şəxsi görüşlərdə Trabzon təmsilçisini üstələdiyinə görə, Superliqada liderliyi ələ keçiriblər. Digər bir İstanbul nəhəngi"Qalatasaray" isə yenə məğlub olub olaraq 10-cu yerde qərarlasib. Bu gün isə Avropa Liqasında darmadağın olaraq tənqid hədəfinə çevrilən "Beşiktaş" "Antalyaspor"la qarşılaşacaq. Türkiyə Superliqasında keçirilən digər qarşılaşmaları diqqətinizə çatdırırıq:

Türkiyə Superliqası, 23-cü tur

25 fevral

22:00. \"Bucaspor\" - \"Bursaspor\" - 0:2
Qollar:
Pablo Batalla, 46. Kenni Miller, 76

26 fevral

16:00. \"Ankaragücü\" - \"Gənclərbirliyi\" - 2:4
Qollar:
Metin Akan, 67. Orhan Şam, 75-avt. - Oktay Delibalta, 47. Mustafa Pektemek, 59. Orhan Şam, 78. Serkan Çalık, 85

18:00. \"İstanbul BB\" - \"Qalatasaray\" - 3:1
Qollar:
Samuel Holmen, 61. İbrahim Akın, 66; 76-pen. - Milan Baroş, 32

19:00. \"Qaziantepspor\" - \"Eskişehirspor\" - 2:1
Qollar:
Cenk Tosun, 3; 37 - Ümit Karan, 87

21:00. \"Fənərbaxça\" - \"Kasımpaşa\" - 2:0
Qollar:
Aleks de Souza, 32. İssiar Dia, 55
Penaltini vura bilməyib: Fernando Varela, 43 (Kasımpaşa)

27 fevral

16:00. \"Karabükspor\" - \"Konyaspor\" - 2:1
Qollar:
Florin Çernat, 18-pen. Hosin Ragued, 45 - Kamil Zayatte, 5

19:00. \"Sivasspor\" - \"Manisaspor\" - 4:2
Qollar:
Kamil Qrosiçki, 5-pen.; 60; 64. Mikael Eneramo, 89 - Yoşua Simpson, 53. Hüseyin Tok, 75

21:00. \"Trabzonspor\" - \"Kayserispor\" - 3:3
Qollar:
Jaja, 2. Burak Yılmaz, 54. Arkadiuş Qlovaçki, 88 - Abdullah Durak, 21; 56.
Emir Kujoviç, 82


Bütün xəbərlər Facebook səhifəmizdə