Dünən futbol üzrə Almaniya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bastian Şvaynştayger üçün əlamətdar olub. "Bild" qəzetinin verdiyi məlumata görə, dünən "qırmızı şeytanlar"ın 32 yaşlı futbolçusunun toy mərasimi keçirilib.
Şvaynştayger serbiyalı tennisçi Anna İvanoviçla ailə həyatı qurub. Venesiyada keçirilən mərasimə Almaniya millisinin baş məşqçisi Yoahim Löv, "Bavariya" klubunun sabiq prezidenti Uli Heness və futbolçu Tomas Müller də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB