Azərbaycan birinciliyi başa çatdı, dünya birinciliyində iştirak edəcək heyət müəyyənləşdi

Azərbaycan birinciliyi başa çatdı, dünya birinciliyində iştirak edəcək heyət müəyyənləşdi

Hövsan Olimpiya İdman Kompleksində boks üzrə yeniyetmələr arasında respublika birinciliyinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarışda 13 çəki dərəcəsində 233 idmançı qələbə uğrunda mübarizə aparıb. Turnirdə Dünya və Avropa birinciliklərinin mükafatçıları da iştirak edib. Beş gün davam edən yarışda Elmir Şəfizadə (46 kq, Neftçala), Məsud Yusifzadə (48 kq, Rabitə), Orxan Əliyev (50 kq, Rabitə), Tərlan Əbdülov (52 kq, Neftçi), Peyman Yusifli (54 kq, Lənkəran), Nurlan Nağıyev (57 kq, Rabitə), Səbuhi Abbaszadə (60 kq, Gəncə), Əli Həsənov (63 kq, Neftçi), Nəbi Bağırov (66 kq, Təhsil), Orxan Mailli (70 kq, Neftçi), Rahil Məmmədli (75 kq, Neftçi), Seypuddin Məmmədli (80 kq, DİN İC) və Sadiq Səmədov (80+kq, Neftçi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ümumkomanda hesabında "Neftçi" İdman Sağlamlıq Mərkəzi birinci yeri tutub. "Rabitə" 2-ci, "Təhsil" İdman Mərkəzi isə 3-cü nəticə göstərib.

Yarışın nəticələrinə əsasən, milli komandanın heyəti formalaşdırılacaq və yığmamız Qazaxıstanın Astana şəhərində keçiriləcək Dünya birinciliyində mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə