“Barselona” qazandı, “Real” xal itirdi!

“Barselona” qazandı, “Real” xal itirdi!

İspaniya La Liqasında növbəti oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, keçirilən qarşılaşmalarda kifayət qədər maraqlı nəticələr əldə olunub. La Liqanın lideri olan "Barselona" futbol klubu rəqib meydanında "Malyorka"nın qonağı olub. Katalon təmsilçisi bu qarşılaşmada Leonel Messinin, David Vilyanın və Pedronin vurduqları qollar hesabına liderliklərini daha da möhkəmləndiriblər.İndi onların hesabında 68 xal var. Artıq onlar həttda qarşıdakı 2 oyunda xal itirsələr də, 2-ci sırada qərarlaşan əzəli rəqibləri "Real"ın onlara çatmaq imkanları qeyri mümkündür.Çünki kral klubu da səfərdə "Deportivo"nun qonaqı olub və əzəli rəqibindən fərqli olaraq, bu qarşılaşmadan cəmi bir xalla ayrılıb. Xalını 61-ə çatdıran kral klubu bu gedişlə İspaniya çempionluğunu bu il də "Barselona"ya "hədiyyə" verəcək. La Liqada keçirilən diğər qarşılaşmaları da diqqətinizə çatdırırıq:

İspaniya La Liqası, 25-ci tur

26 fevral

"Atletiko" - "Sevilya" - 2:2
Qollar: Koke, 47. Xose Antonio Reyes, 76 - Alvaro Neqredo, 41. İvan Rakitiç, 66

"Espanyol" - "Real Sosyedad" - 4:1
Qollar: Alvaro Vaskes, 41. Serxio Qarsiya, 54. Xose Kalyexon, 81. Xavi Markes, 90 - Daniel Estrada, 43

"Sportinq" - "Saraqosa" - 0:0


"Malyorka" - "Barselona" - 0:3
Qollar: Lionel Messi, 38. David Vilya, 57. Pedro, 66

"Deportivo" - "Real Madrid" - 0:0

27 fevral


"Levante" - "Osasuna" - 2:1
Qollar:
Serxio Balyesteros, 44. Felipe Kaysedo, 85 - Valter Pandiani, 41

"Erkules" - "Xetafe" - 0:0

Qırmızı vərəqə: Kristian Pulxaç, 90 ("Erkules")

"Rasinq" - "Vilyarreal" - 2:2

Qollar: Ariel Nauelpan, 3. Covani, 68 - Marko Ruben, 66. Nilmar, 90+2

"Atletik" - "Valensiya" - 1:2

Qollar: Fernando Lyorente, 14 - Xuan Mata, 71.
Jonas, 81

Bütün xəbərlər Facebook səhifəmizdə