"Qarabağ" bu gün Antalyaya gedir

"Qarabağ" bu gün Antalyaya gedir
"Qarabağ" klubu yenidən Antalyaya yollanır. Siasport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi yaranmış fasilədən maksimum yararlanmaq üçün qardaş ölkəyə təlim-məşq toplanışı keçməyə gedir. Qış fasiləsindən sonra Premyer Liqada fırtına kimi əsən, son 3 matçda qalib gələrək rəqib qapılardan 9 top keçirən komanda "İC Santai" otelində məskunlaşacaq. Bu gün Bakı-İstanbul-Antalya reysiylə hərəkət edəcək komanda 1 həftə Premyer Liqanın final mərhələsinə hazırlaşacaq. "Qarabağ" martın 6-da yoxlama oyunu keçirməyi planlaşdırır. Martın 7-də isə Ağdam təsmilçisi Bakıya geri dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə