Varşavada keçirilən cüdo üzrə Dünya Kubokuna yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarışda iştirak edən 12 cüdoçumuzdan heç kim mükafatçılar sırasına düşə bilməyib. Ən yaxşı nəticələrmiz isə 73 kq-da yarışan Renat Mirzəliyevin 5-ci olmağı olub. O aktivinə 20 lisenziya xalı yazıb.
Xatırladaq ki, yarışda Azərbaycanı İlqar Müşkiyev (60 kq) Vüqar Şirinli (60 kq), Asim Xələfov (60 kq), Tərlan Kərimov (66 kq), Asim Qocayev (66 kq), Bəhram Zərbiyev (66kq), Renat Mirzəliyev (73 kq) , Eldar Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Ramin Qurbanov (90 kq), Sain Məmmədov (100 kq) və Emil Tahirov (+100 kq) təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB