Stanislav Namaşko yunan klubuna keçdi

Stanislav Namaşko yunan klubuna keçdi

AZAL-ın qapıçısı Stanislav Namaşko karyerasını Yunanıstanın "Levadiakos" klubunda davam etdirəcək. Klubun rəsmi saytının açıqlamasında deyilir ki, moldovalı qolkiper superliqa təmsilçisi ilə iki illik müqavilə imzalayıb. Daha öncə "Tiraspol", "Şerif", "Kuban" və "Spartak" (Nalçik) kimi klublarda çıxış edən Namaşko 2014-cü ildən AZAL-ın çərçivəsini qoruyurdu. O, "təyyarəçilər"in heyətində 54 oyun keçirib. Qeyd edək ki, "Levadiakos" ötən mövsüm Yunanıstan superliqasını 10-cu pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə