“Baku Fires” səfərdə inamlı qələbə qazanıb

“Baku Fires” səfərdə inamlı qələbə qazanıb

"Baku Fires" boks klubu bir həftə öncə Bakıda keçirilmiş görüşdəki məğlubiyyətin əvəzini çıxa bilib. Siasport.az saytı xəbər verir ki, komandamız WSB liqasının 10-cu turunda səfərdə Cənubi Koreyanın "Pohang Poseidons" klubunu aşkar üstünlüklə məğlub edib – 5:0. Rinqə çıxmış boksçularımızın hamısı – Tuqstqot Nayambayar (54 kq), Heybətulla Hacəliyev (61 kq), Soltan Migitinov (73 kq), Ramazan Məhəmmədov (85 kq) və Məhəmmədrəsul Məcidov (91+ kq) döyüşlərini qələbə ilə başa vurublar. Milli komandamızın üzvü Heybətulla Hacəliyev WSB liqasında debüt etməsinə baxmayaraq, inamlı qələbə qazanıb. Həmyerlimiz Jonsub Baikdən üstün olub. Xatırladaq ki, bir həftə öncə Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilmiş görüşdə "Pohang Poseidons" "Baku Fires"i 3-2 hesabı ilə məğlub etmişdi.

On turdan sonra "Baku Fires" 28 xalla qrupun vahid lideridir. "Astana Arlans" qrupda 20 xalla 2-ci pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə