Arsen Venger Arda Turanı “Arsenal”a gətirir?

Arsen Venger Arda Turanı “Arsenal”a gətirir?

Son Avropa Çempionatında Türkiyə millisinin kapitanı kimi inamsız futbolu ilə diqqətdə olan Arda Turan, deyəsən doğma klubu "Barselona"nın da gözündən düşüb. Belə olmasaydı, bir sıra xarici futbol klubları onu transfer etmək üçün müraciət etməzdilər. İspaniya mediyası xəbər verir ki, artıq "Arsenal" da Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turanı almaq təklifi ilə "Barselona"ya müraciət edib. 29 yaşlı türk futbolçusu üçün London klubunun təklif etdiyi məbləğ məlum deyil. Bundan əvvəl xarici mediada A.Turana Dortmund "Borussiya"sı və "Fənərbaxça"nın maraq göstərdiyi qeyd olunurdu. Hazırda "Barselona" forması geyən yarımmüdafiəçinin hesabında 25 oyun, 2 qol və 4 qol ötürməsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə